08 yanvar 2026 07:49
152

İslamabad və Ər-Riyad JF-17 qırıcılarının alınması ilə bağlı müqaviləni müzakirə edirlər

Pakistan və Səudiyyə Ərəbistanı Ər-Riyadın verdiyi təxminən 2 milyard dollarlıq krediti JF-17 qırıcı təyyarələrinin alınması ilə bağlı müqaviləyə çevirmək üçün danışıqlar aparır.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" Pakistan mənbələrinə istinad edən xəbər verib.

Nəşrin istinad etdiyi mənbələrdən biri "JF-17 Thunder" qırıcılarının alınmasının müzakirə olunan digər variantlar arasında əsas seçim olduğunu bildirib. Başqa mənbəyə görə, müqavilənin ümumi dəyəri 4 milyard dollardır və bu məbləğin 2 milyard dolları müvafiq avadanlıqların alınmasına xərclənəcək.

Daha əvvəl Pakistanın Hərbi Hava Qüvvələrinin rəhbəri Zahir Əhməd Baber Sidhu iki tərəf arasında hərbi əməkdaşlıq da daxil olmaqla danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına səfər etmişdi.

"Reuters" qeyd edib ki, müqavilə ötən il qarşılıqlı müdafiə müqaviləsinin imzalanmasından sonra iki ölkə arasında hərbi əməkdaşlığı dərinləşdirəcək.