Aprelin 7-də Bakı Slavyan Universitetinin (BSU) təşkilatçılığı ilə I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı keçiriləcək.
“İki sahil” xəbər verir ki, konfransın əsas məqsədi türkologiya elminin tarixi inkişaf mərhələlərinin və müasir istiqamətlərinin elmi müstəvidə müzakirə olunduğu, türk dilləri, türk xalqlarının ədəbiyyatı, tarixi, etnoqrafiyası və mədəni özünəməxsusluğu ilə bağlı aktual problemlərin araşdırıldığı beynəlxalq elmi platforma yaratmaqdır.
Tədbir türkologiyanın aktual məsələləri ətrafında elmi dialoqun qurulmasını, türk xalqları arasında akademik əməkdaşlığın gücləndirilməsini, ortaq tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsini və türk dillərinin müasir problemləri ilə inkişaf perspektivlərinin elmi əsaslarla dəyərləndirilməsini hədəfləyir.
Məqalələrin göndərilməsi üçün son tarix: 06.03.2026-cı il Konfrans haqqında ətaraflı məlumat və iştirak üçün qeyd olunan link vasitəsilə keçid edə bilərsiniz: https://bsu-uni.edu.az/Elm/Seminar1
Əlaqə üçün: Redaksiya heyəti: +994 55-806-25-93 Təşkilat Komitəsi: +994 50-626-46-09
Ombudsman Səbinə Əliyeva Strasburqda İkinci Biznes və İnsan Hüquqları Forumunda iştirak edib
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib
Kimya İnstitutunun alimləri infraqırmızı şüalanmaya həssas yeni materialların xüsusiyyətlərini tədqiq ediblər
Fövqəladə Hallar Nazirliyinin avtonəqliyyat vasitələri sürücülərinə müraciəti VİDEO