Azərbaycan ilə Meksika arasında siyasi dialoq genişlənir, institusional əlaqələr artır və yeni əməkdaşlıq imkanlarına qarşılıqlı maraq mövcuddur.
“İki sahil” xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalero Şuşada Meksikanın Milli Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı deyib. Səfir bildirib ki, son dövrdə iki ölkə arasında siyasi dialoq və institusional təmaslar genişlənib. O, Azərbaycan nümayəndə heyətlərinin Meksikaya səfərlərinin ikitərəfli münasibətlərə yeni dinamika verdiyini qeyd edib.
Diplomat iki ölkənin yeni əməkdaşlıq istiqamətlərini qarşılıqlı şəkildə araşdırmaqda maraqlı olduğunu vurğulayıb. Səfir, həmçinin bu il diaspor məsələləri, eləcə də müdafiə və təhlükəsizlik sahəsində iki mühüm sazişin əldə edildiyini diqqətə çatdırıb.