Filippin sahillərində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Santyaqo şəhərindən 27 kilometr şərqdə, əhalisi təxminən 150 min nəfər olan ərazidə yerləşib. Yeraltı təkanların ocağı 58 kilometr dərinlikdə olub.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib
Cim Retkliff Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib