Böyük Britaniyanın ən varlı şəxslərindən biri, “Ineos” neft-kimya nəhənginin təsisçisi və “Mançester Yunayted” futbol klubunun iri səhmdarı Cim Retkliff ölkəyə inamını itirdiyini bildirib.
“İki sahil” xəbər verir ki, sərvəti təxminən 15 milyard funt sterlinq qiymətləndirilən britaniyalı iş adamı BBC-yə müsahibəsində Böyük Britaniyanın gerilədiyini deyib. Onun sözlərinə görə, buna yüksək vergilər və yüksək miqrasiya səviyyəsi səbəb olur. O, ölkədə qaz ehtiyatlarının aşağı səviyyədə olduğunu bildirərək, qış aylarında kəskin soyuqların baş verəcəyi təqdirdə Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
Britaniya hökuməti isə milyarderin tənqidlərinə cavab olaraq iqtisadi artımın təmin olunması istiqamətində işlərin davam etdiyini və son iki ildə biznes investisiyalarının artdığını bildirib. Hökumət sözçüsü qaz təchizatı ilə bağlı problem gözlənilmədiyini vurğulayıb. Cim Retkliff daha əvvəl miqrasiyaya dair açıqlamaları ilə də mübahisələrə səbəb olub. O, “Brexit”in tərəfdarı olsa da, 2020-ci ildən etibarən Monakoda vergi rezidenti kimi qeydiyyatdadır. Son illərdə Böyük Britaniyanı tərk edən yüksəkprofilli milyarderlər arasında polad maqnatı Lakşmi Mittal və hedc-fond rəhbəri Kris Rokos da yer alır.
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib