Rusiya prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RFPI) rəhbəri Kirill Dmitriyev bəyan edib ki, ABŞ hakimiyyəti Qrenlandiyanın öz təsir dairəsinə cəlb edilməsi məsələsində faktiki olaraq məqsədlərinə nail olub. Onun fikrincə, bu prosesin inkişafına Avropa İttifaqının passiv mövqeyi şərait yaradıb.
“İki sahil” xəbər verir ki, Dmitriyev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
“Görünür, Qrenlandiya məsələsi artıq həll olunub”, - deyə Dmitriyev qeyd edib.
O, hesab edir ki, Avropa ölkələri bundan sonra da sadəcə “baş verənləri izləməklə və ikili standartlar nümayiş etdirməklə” kifayətlənəcəklər. Xüsusi nümayəndənin fikrincə, növbəti mərhələdə ABŞ Kanadaya təsirini gücləndirmək istiqamətində addımlar ata bilər. “Kanada növbətidirmi?” - deyə o, qeyd edib.
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib
Cim Retkliff Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib