Avropanın yeraltı qaz anbarlarındakı qaz ehtiyatlarının səviyyəsi 60%-dən aşağı enib.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə “Qazprom” məlumat yayıb.
Şirkətin bildirdiyinə görə, Gas Infrastructure Europe (GIE) məlumatları əsasında 4 yanvar tarixinə Avropa yeraltı qaz anbarlarındakı doluluq səviyyəsi 59,9% təşkil edir. Qeyd olunur ki, ötən qış bu göstərici yalnız yanvar ayının üçüncü ongünlüyündə qeydə alınmışdı.
Daha əvvəl “Qazprom” xəbər vermişdi ki, yanvarın əvvəlinə Fransa yeraltı qaz anbarlarındakı ehtiyatların səviyyəsi 60%-dən aşağı düşüb, Avropa üzrə ümumi qaz ehtiyatlarının həcmi isə ötən illə müqayisədə 10,7 milyard kubmetr az olub.
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib
Cim Retkliff Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib