ABŞ Prezidenti Donald Trampın Administrasiyası Qrenlandiyada əhalinin həyat səviyyəsini yaxşılaşdıra biləcək müqavilə layihəsi üzərində işləyir.
“İki sahil” xəbər verir ki, bu barədə "The Economist" nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ rəsmiləri Mikroneziya, Marşal adaları və Palau kimi kiçik ölkələrdə tətbiq edilən Azad Birlik Sazişi təklif edirlər.
Belə müqavilələrə əsasən, ABŞ həmin ölkələrə maliyyə dəstəyi verir. Bunun qarşılığında ABŞ daxili özünüidarəetməni qoruyaraq, müdafiə məsələlərini Vaşinqtona həvalə edir.
"The Economist" qeyd edir ki, Tramp Administrasiyasının Qrenlandiya siyasəti iki məqsəd güdür: Danimarka və Qrenlandiya hakimiyyəti arasında fikir ayrılıqlarını daha da şiddətləndirmək və birbaşa yerli hökumət orqanları ilə razılığa gəlməyə çalışmaq.
Nəşr həmçinin qeyd edib ki, ABŞ hərbi bazası artıq Qrenlandiyada yerləşir və qoşun sayının əhəmiyyətli dərəcədə artması üçün Kopenhagenin təsdiqi tələb olunacaq.
Qrenlandiya hakimiyyəti ABŞ ilə birbaşa danışıqlar cəhdlərini rədd edib.