Mavi tuna balığı Tokioda keçirilən ənənəvi hərracda rekord qiymətə satılıb.
“İki sahil” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Məlumata görə, Aomori bölgəsində tutulmuş 243 kiloqramlıq balıq 510.3 milyon yenə (təxminən 5 milyon 523 min manat) özünə müştəri tapıb.
Daha əvvəlki rekord 2019-cu ildə qeydə alınmışdı. Həmin vaxt tuna balığı 333.6 milyon yenə (təxminən 3 milyon 610 min manat) satılmışdı.
Ağlagəlməz qiymətə satılan balığı Tokioda yerləşən suşi restoranlar şəbəkəsi alıb.
Hərracın qalibi, restoranlar şəbəkəsinin rəhbəri bildirib:
"Bu tuna balığını görəndə yanından keçə bilmədim, ona görə də hərracda qalib gəldim".
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib
Cim Retkliff Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib