Venesuelanın paytaxtı Karakasdakı prezident sarayının yaxınlığında silah səsləri eşidilib.
“İki sahil” xəbər verir ki, bu barədə "BNO News" portalı məlumat yayıb.
Hadisənin səbəbləri məlum deyil.
"Noticias Caracol" radiostansiyasının mənbələri ərazidəki dövlət qurumlarının təxliyə edildiyini bildirirlər. Qeyd olunub ki, dronlar ərazi üzərində uçub və ehtimal ki, hava hücumundan müdafiə sistemini işə düşüb.
AFP-nin hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, vəziyyət nəzarət altındadır.
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib
Cim Retkliff Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib