Kamboca Ubonraçathani əyalətində Tailand hərbçilərinin mövqelərini atəşə tutaraq atəşkəs rejimini pozub.
“İki sahil” xəbər verir ki, bu barədə Tailandın Krallığın Silahlı Qüvvələri və Xarici İşlər Nazirliyinin nümayəndələrinin daxil olduğu Kamboca ilə sərhəddəki vəziyyətlə bağlı Birgə Mətbuat Mərkəzinin yaydığı məlumatda deyilir.
"Kamboca yanvarın 6-da səhər saat 7:25-də (Bakı vaxtı ilə 4:25-də – red.) atəşkəsi pozub. Kamboca qüvvələri Çonq Bok bölgəsini minaatanlardan atəşə tutub. Hadisə nəticəsində bir Tailand əsgəri qəlpə yaraları alıb", - xəbərdə vurğulanıb.
Xatırladaq ki, Kamboca və Tailand ötən ilin dekabrın 27-də yerli vaxtla saat 12:00-dan (Bakı vaxtı ilə 09:00) iki ölkənin Baş Sərhəd Komitəsinin üçüncü xüsusi iclasından sonra atəşkəs barədə razılığa gəliblər.