"Real"ın ulduz hücumçusu Vinisius Junior karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
“İki sahil” xəbər verir ki, "The Guardian"ın məlumatına görə, "Çelsi" klubu braziliyalı futbolçunun transferini reallaşdırmaq niyyətindədir.
Bildirilir ki, hazırda yeni baş məşqçi axtarışında olan London təmsilçisi bu keçid üçün külli miqdarda vəsait ayırmağa hazırdır. Klubun Madrid təmsilçisinə ümumilikdə 150 milyon avro təklif edəcəyi bildirilir. Bu məbləğin 125 milyonunun zəmanətli ödəniş, 25 milyonunun isə futbolçunun çıxışından asılı olaraq bonuslar şəklində ödənilməsi planlaşdırılır.
Bildirilir ki, Vinisius hələ ki, Madrid klubu ilə müqavilənin müddətini uzatmaq barədə razılığa gəlməyib. Onun "kral klubu" ilə hazırkı sözləşməsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Ərdoğan Maduronun istefa verib Türkiyəyə gəlməsi ilə bağlı təklif məsələsini təkzib edib
"Chevron" və "Quantum Energy Partners" LUKOIL-un aktivlərini almağı planlaşdırır