Hindistan öz vətəndaşlarını ciddi zərurət olmadan İrana səfər etməkdən çəkinməyə çağırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
"Son hadisələrlə əlaqədar Hindistan vətəndaşlarına növbəti bildirişə qədər ciddi zərurət olmadan İran İslam Respublikasına səfər etməkdən çəkinmək tövsiyə olunur", - deyə bəyanatda bildirilir.
Yeni Delhi həmçinin İranda olan Hindistan vətəndaşlarına ehtiyatlı olmağı, etirazların və ya nümayişlərin keçirildiyi ərazilərdən uzaq durmağı tövsiyə edib.
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib
Cim Retkliff Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib