Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə telefonla danışıb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının "X" hesabında məlumat yayılıb.
Liderlər Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan ölkəsinin Yəmən və Somalinin ərazi bütövlüyünü, birlik və bərabərliyini dəstəklədiyini, hüzur və sabitliyin təmin edilməsi istiqamətindəki səylərə töhfə verməyə hazır olduğunu bildirib.
Dövlət başçıları Qəzzadakı faciənin yekunlaşdırılması üçün çalışdıqlarını, bölgənin bərpası üçün tezliklə addım atılmasının zəruri olduğunu vurğulayıblar.
İranın ABŞ ilə müzakirələrin başlaması üçün irəli sürdüyü yeddi şərt açıqlanıb
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib
Cim Retkliff Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib