Rusiya müharibənin 1412-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 670 təyyarəsi, 283 helikopteri, 107 569 PUA-sı, 642 zenit-raket kompleksi, 26 922 tank və digər zirehli texnikası, 1 636 reaktiv yaylım atəş sistemi, 32 390 artilleriya və minaatanı, 50 851 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Ərdoğan Maduronun istefa verib Türkiyəyə gəlməsi ilə bağlı təklif məsələsini təkzib edib
"Chevron" və "Quantum Energy Partners" LUKOIL-un aktivlərini almağı planlaşdırır