İsrailin xarici işlər nazirinin müavini Şaren Haskel bəyan edib ki, İsrail ABŞ tərəfindən Türkiyəyə F-35 qırıcılarının satılmasına yol verməyəcək.
“İki sahil” xəbər verir ki, o, bu barədə "Katimerini" nəşrinə müsahibəsində bildirib.

"Mümkün satışla bağlı narahatlıqlarımız var… Təyyarədə istifadə olunan texnologiyaların əhəmiyyətli hissəsi İsraildə hazırlanıb. Aydındır ki, biz bu texnologiyaları onlarla paylaşmayacağıq", - deyə Haskel bildirib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Türkiyəyə beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrinin tədarükü imkanını “çox ciddi şəkildə” nəzərdən keçirdiyini açıqlamışdı.
İranın ABŞ ilə müzakirələrin başlaması üçün irəli sürdüyü yeddi şərt açıqlanıb
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib
Cim Retkliff Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib