İsveçrənin Krans-Montana kurortundakı barda baş verən yanğının 40 qurbanı arasında Fransanın doqquz vətəndaşı da var.
“İki sahil” xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Paskal Konfavre LCI televiziyasında açıqlamasında bildirib.
"Qurbanlardan doqquzunun fransız olduğu müəyyən edilib. Artıq itkin düşmüş (Fransa vətəndaşı) yoxdur, onların hamısı qurbanlar arasında müəyyənləşdirilib", - o bildirib.
Yaralılara gəldikdə isə, son məlumatlara görə, onlar arasında Fransanın 23 vətəndaşı var.
İranın ABŞ ilə müzakirələrin başlaması üçün irəli sürdüyü yeddi şərt açıqlanıb
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib
Cim Retkliff Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib