Almaniyanın Federal Kəşfiyyat Xidməti ABŞ-nin keçmiş prezidenti Barak Obama, dövlət katibi Hillari Klinton və Birləşmiş Ştatların hərbi rəsmilərinin telefon danışıqlarını dinləyib.
“İki sahil”in "Bild" qəzetinə istinadən məlumatına görə, alman jurnalist Holqer Ştark bunu "Bild"in baş redaktor müavini Paul Ronshaymerə müsahibəsində açıqlayıb.
Starkın sözlərinə görə, Almaniyanın Federal Kəşfiyyat Xidməti ABŞ administrasiyasının təhlükəsiz şəbəkələrinə çıxışı olmadan, Obama "Air Force One" təyyarəsində olarkən telefon danışıqlarını dinləyib. Bu uçuşlarda ABŞ Prezidenti tez-tez dünya liderləri və kabinet üzvləri ilə məsələləri müzakirə edirdi və zənglər kifayət qədər təhlükəsiz olmaya bilərdi.
Jurnalist əlavə edib ki, Almaniyanın Federal Kəşfiyyat Xidməti bu cür söhbətlər üçün təxminən 20-yə yaxın tezlik təyin edib və telefon dinləməsini həmişə sistemli və rəsmi təlimatlar olmadan həyata keçirib.
Almaniya kəşfiyyatıBarak ObamaTelefon danışığ
İranın ABŞ ilə müzakirələrin başlaması üçün irəli sürdüyü yeddi şərt açıqlanıb
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib
Cim Retkliff Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib