ABŞ-ın Venesuelaya bir sıra tələbləri var, onlardan biri də Bolivar Respublikasının Vaşinqton əleyhdarları, xüsusilə İran və "Hizbullah" hərəkatı üçün məskən olmağı dayandırmasından ibarətdir.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "ABC News" telekanalına müsahibəsində bildirib.
"Biz Venesuelaya biganə deyilik. İstəyirik ki, onlar gələcəkdə uğur qazansınlar, lakin bizim əsas vəzifəmiz Amerikadır. Artıq narkotik maddələr, bizim istiqamətimizə hərəkət edən dəstələr və dünyada olan hər bir düşmənimiz üçün keçid nöqtəsinə çevrilən ərazilər olmamalıdır. "Hizbullah", İran Venesuelanı öz məskəninə çeviriblər. Belə davam edə bilməz və hazırkı Amerika administrasiyası buna imkan verməyəcək", - o bildirib.
İranın ABŞ ilə müzakirələrin başlaması üçün irəli sürdüyü yeddi şərt açıqlanıb
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib
Cim Retkliff Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib