Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon danışığı aparıb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Söhbət zamanı Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan gələcəkdə atılacaq addımlarla Türkiyə və Səudiyyə Ərəbistanı arasındakı əməkdaşlığı daha da dərinləşdirmək niyyətində olduqlarını ifadə edib.
Türkiyə Prezidenti həmçinin rəsmi Ankaranın Somali və Yəməndəki hadisələri yaxından izlədiyini, hər iki ölkənin ərazi bütövlüyünün qorunmasının regional sabitlik üçün əhəmiyyətli olduğunu bildirərək, ölkəsinin Yəməndə tərəflərin bir araya gətirilməsi səylərinə töhfə verməyə hazır olduğunu ifadə bildirib.
Ərdoğan eləcə də Qəzzada humanitar vəziyyətin qış mövsümündə ağırlaşdığını, Türkiyənin daimi atəşkəsin təmin olunması və bölgənin yenidən bərpası üçün çalışmağa davam etdiyini vurğulayıb.
İranın ABŞ ilə müzakirələrin başlaması üçün irəli sürdüyü yeddi şərt açıqlanıb
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib
Cim Retkliff Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib