ABŞ dövlət katibi Marko Rubio Amerika silahlı qüvvələrinin Venesuelada quru əməliyyatı keçirməsini istisna etməyib.
“İki sahil” xəbər verir ki, o, bu barədə CBS telekanalına müsahibəsində deyib.
Belə bir əməliyyatın keçirilməsi imkanı ilə bağlı suala cavab verən Rubio bildirib ki, ABŞ Prezidenti Donald Tramp bütün bu məsələlərlə bağlı mümkün tədbirlər toplusunu həmişə özündə saxlayır. "Şübhəsiz ki, o, konstitusiyaya əsasən ölkəmizə birbaşa təhdidlərə qarşı tədbirlər görmək hüququna və imkanına malikdir", - ABŞ dövlət katibi vurğulayıb.
Bununla yanaşı, o, ABŞ-ın Karib dənizindəki hərbi-dəniz qruplaşmasının təkcə narkotiklərin daşınması üçün istifadə edilən katerlərin qarşısını kəsmək deyil, həm də Venesuela limanlarına daxil olan və oradan çıxan istənilən gəmiləri saxlamaq qabiliyyətinə malik olduğunu ifadə edib. "Bu, davam edəcək", - Rubio bildirib.
"Tramp ABŞ-a əlçatan fəaliyyət variantlarından açıq şəkildə imtina etməyəcək, baxmayaraq ki, hazırda bunu müşahidə etmirik. İndi siz hadisələrin sonrakı inkişafına böyük təsir göstərməyə imkan verən neft karantininin (neft ixracına embarqo - red.) davam etdiyini görürsünüz", - ABŞ dövlət katibi bildirib.
İranın ABŞ ilə müzakirələrin başlaması üçün irəli sürdüyü yeddi şərt açıqlanıb
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib
Cim Retkliff Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib