Qazaxıstanın Taraz şəhərindəki “Mart” ticarət mərkəzinin işçiləri və ziyarətçiləri minalama ilə bağlı daxil olan məlumatdan sonra təxliyə edilib.
“İki sahil” Qazaxıstan mediasına istinadən xəbər verir ki, hadisə yerində polis əməkdaşları və fövqəladə xidmətlər nümayəndələri işləyir.
Jambil vilayət Polis Departamentinin mətbuat xidmətinin məlumatına görə, yanvarın 4-də Tarazdakı “Mart” ticarət mərkəzinə partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub.
Qeyd olunur ki, regional polis departamentinin və digər fövqəladə xidmətlərin əməkdaşları dərhal hadisə yerinə yollanıb.
İdarə vətəndaşları sakit olmağa, yalnız rəsmi məlumat mənbələrinə etibar etməyə və müvəqqəti məhdudlaşdırıcı tədbirlərə anlayışla yanaşmağa çağırıb.
İranın ABŞ ilə müzakirələrin başlaması üçün irəli sürdüyü yeddi şərt açıqlanıb
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib
Cim Retkliff Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib