Cənubi Afrika Respublikasının (CAR) şimalında keçirilən bayram tədbiri zamanı ildırım düşməsi nəticəsində iki nəfər ölüb, təxminən 150 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə yerli EWN radiostansiyası Şimal-Qərb əyalətinin səhiyyə orqanlarına istinadən məlumat yayıb.
Hadisə paytaxt Pretoriyadan 70 kilometr şimalda yerləşən Dertiq qəsəbəsində baş verib. İnsanlar ənənəvi musiqi və rəqs festivalına toplaşanda ildırım çaxmağa başlayıb və izdihamı ildırım vurub.
Radiostansiyanın məlumatına görə, 13 nəfərin vəziyyəti ağırdır. Hazırda ümumilikdə 49 nəfər xəstəxanadadır. Qalanları tibbi yardım aldıqdan sonra evə buraxılıb.
Hazırda CAR-da tez-tez və qeyri-adi şiddətli ildırımlarla xarakterizə olunan yağışlı mövsümdür.
İranın ABŞ ilə müzakirələrin başlaması üçün irəli sürdüyü yeddi şərt açıqlanıb
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib
Cim Retkliff Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib