ABŞ-nin Venesuelaya qarşı hərbi əməliyyatına başlanıldıqdan sonra Karib dənizi üzərində hava məkanında tətbiq edilən məhdudiyyətlər Bakı vaxtı ilə saat 09:00-da aradan qaldırılacaq.
“İki sahil” xəbər verir ki, ABŞ-nin nəqliyyat naziri Şon Daffi bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"Karib hava məkanında ilkin məhdudiyyətlər şərq vaxtı ilə saat 00:00-da başa çatır və reyslər bərpa oluna bilər", – paylaşımda qeyd olunub.
Daffi bildirib ki, bütün aviaşirkətlər uçuşların müvəqqəti bağlanmış zonada bərpa olunması imkanları barədə əvvəlcədən məlumatlandırılıb və hazırda cədvəllərin yenilənməsi ilə məşğuldurlar. ABŞ Nəqliyyat Nazirliyinin rəhbəri həmçinin sərnişinləri aktual məlumatı aviaşirkətlərdən dəqiqləşdirməyə çağırıb.
Hörmüz boğazında gün ərzində ikinci tankerlə bağlı insidentin baş verdiyi açıqlanıb
İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyasına hazırlıq məsələləri müzakirə edilib
2025-ci ildə dünya üzrə miqrasiya yollarında təxminən 8 min nəfər ölüb və ya itkin düşüb