Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi Hörmüz boğazında gün ərzində ikinci tankerlə bağlı insidentin baş verdiyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, Hörmüz boğazı yaxınlığında üzən LNG tankeri naməlum mərmilərin qəlpələrinin düşməsi nəticəsində zədə alıb. Hadisə zamanı heyət üzvləri arasında xəsarət alanların olmadığı bildirilir. Vurğulanır ki, hadisə nəticəsində ətraf mühit üçün mənfi təsir yaranmayıb. Gəminin hansı ölkəyə aid olduğu açıqlanmayıb.
Xatırladaq ki, gün ərzində baş vermiş oxşar hadisə zamanı gəminin heyət üzvlərindən ikisi yaralanıb.
Amerikanın ən böyük beş telekanalı Donald Trampın tədbirlərini işıqlandırmağı dayandırıb