02 yanvar 2026 22:52
85

Meksikada zəlzələ nəticəsində 12 nəfər xəsarət alıb

Mexikoda baş vermiş zəlzələ nəticəsində 12 nəfər xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə Meksika paytaxtının meri Klara Bruqada "X" sosial şəbəkəsində məlumat yayıb.

Daha əvvəl bildirilib ki, Meksikada 6,5 ​​maqnitudada zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 187 min nəfərin yaşadığı Çilpansinqo şəhərindən 42 kilometr cənub-şərqdə, ocağı 42 kilometr dərinlikdə yerləşib.