Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolu, həmçinin ölkə üzrə bütün yollar nəzarətdə saxlanılır.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, qarlı və şaxtalı hava şəraiti ilə bağlı hər-hansı problem yoxdur.
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bütün maşın-mexaizm və texnikası, həmçinin canlı qüvvəsi gücləndirilmiş iş rejimində çalışır. Problem yaranan ərazilərə operativ müdaxilə olunur və hərəkətin təhlükəsizliyi-fasiləsizliyi təmin olunur", - məlumatda qeyd edilib.
Qış fəslinə uyğun avtomobili təchiz etməyən sürücülərin dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarından istifadə etməməyi tövsiyyə olunur.