"Liverpul"un baş məşqçisi Arne Slott yayda "Bayer"dən transfer etdikləri Ceremi Frimponq barədə danışıb.
“İki sahil” xəbər verir ki, mütəxəssis 25 yaşlı müdafiəçini sürətinə görə bəyəndiyini deyi:
"Seçimlərə baxarkən, ilk baxdığımız oyunçulardan biri Ceremi idi. Onu çox sürətli olduğuna görə transfer etdik. Sürət başqa bir şeydir. Bu, hücuma çıxmaq üçün vacibdir. Məsələn, PSJ-nin cinah oyunçularına qarşı oynayırsınızsa, sürət çox önəmli rol daşıyır".
Qeyd edək ki, Ceremi Frimponq bu mövsüm "Liverpul"da 11 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.