10 noyabr 2026 20:43
231

Yeni müqavilə “Real”a baha başa gəldi

“Real”ın futbolçulara və məşqçi heyətinə çəkdiyi maaş xərcləri kəskin artıb.

“İki sahil” sport.es-ə istinadən xəbər verir ki, Madrid klubunun cari mövsümdə maaş vxərcləri ümumilikdə 707 milyon avro təşkil edir.

Bu məbləğ klubun ümumi əməliyyat xərclərinin 57 faizinə, gəlirlərinin isə 50 faizinə bərabərdir. Bildirilir ki, göstəricilər UEFA-nın maliyyə qaydalarına uyğundur.

Mənbənin məlumatına əsasən, “Real”ın maliyyə imkanları bu həcmdə xərcləri qaydaları pozmadan qarşılamağa imkan verir.

Qeyd edək ki, Madrid təmsilçisi cari mövsüm üçün ümumi gəlirlərini 1 milyard 405 milyon avro səviyyəsində proqnozlaşdırır. Klubun maaş xərclərinin artmasında yay transferləri və Vinisius Juniorla müqavilənin uzadılması da rol oynayıb.