Qadın voleybolçulardan ibarət "Turan" klubu bu gün CEV Çempionlar Liqasında növbəti oyununu keçirib.
“İki sahil” xəbər verir ki, Azərbaycan çempionu 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmasında Bolqarıstan təmsilçisi "Maritsa"nı qəbul edib.
Tovuz Olimpiya İdman Kompleksində keçirilən görüş "Turan"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında Bolqarıstanda keçirilən ilk oyunda "Turan" 3:0 hesabı ilə qalib gəlib. Tovuz klubu bugünkü qarşılaşmasında da qələbə qazanaraq CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edib.
İraq İran yığmasının olduğu təyyarənin Bəsrə aeroportuna enməsinə icazə verməyib