31 dekabr 2025 22:29
108

Mbappe ən azı 3 həftə...

"Real Madrid"in futbolçusu Kilian Mbappe diz bağından zədə aldığı üçün ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

“İki sahil” xəbər verir ki,  bu barədə "L'Equipe" qəzeti məlumat yayıb.

Fransalı hücumçu yanvarın 7-dən 11-dək Səudiyyə Ərəbistanında keçiriləcək İspaniya Superkubokunu buraxacaq.

Mbappenin 27 yaşı var. 3 iyun 2024-cü ildə hücumçu "Real Madrid" ilə pulsuz transferə imza atıb. O, 2018-2024-cü illərdə "PSJ-də" oynayıb və klubun bütün zamanların ən yaxşı bombardiridir.