Ucarda yol qəzası olub, xəsarət alanlar var.
“İki sahil” xəbər verir ki, hadisə səhər saatlarında Müsüslü kənd yolunda baş verib. Hərəkətdə olan "VAZ 2106" və "Nissan" markalı avtomobillər toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan 4 nəfər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.