Lerikdə mikroavtobus dərəyə aşıb, yaralılar var.
“İki sahil” xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, Lerik istiqamətində hərəkətdə olan "Mercedes Vito" markalı avtomobil idarəetmədən çıxıb və dərəyə aşıb. Avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Məlumata görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə 6 nəfər yaralı daxil olub.
İlkin məlumata görə, onlar Bakıdan qayıdan rayon sakinləridir. Xəsrət alanların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.