Türkiyənin Çanakkale vilayətində şagirdlər arasında kütləvi zəhərlənmə olub.
“İki sahil” xəbər verir ki, bu barədə vilayət administrasiyası məlumat yayıb. Bildirilib ki, Ezine rayonunda yerləşən qızlar üçün nəzərdə tutulmuş yataqxanada qalan 55 nəfərdən 26-nın yeməkdən sonra vəziyyəti pisləşib. Başgicəllənməsi və bulantı şikayəti olan şagirdlər xəstəxanaya çatdırılıblar. Onlardan 19-u ilkin yardımdan sonra evə buraxılıb, 7 nəfərinin isə müalicəsi xəstəxana şəraitində davam edir.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndə hərbi əməliyyata başlayıb
Maduro: Venesuela ordusu bu il 39 narkotik qaçaqmalçılığı təyyarəsini məhv edib
Yük qatarının qəzaya uğraması dəmir yolu nəqliyyatında ciddi çətinliklər yaradıb