Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın "Uniper" şirkəti arasında qlobal qaz bazarlarının inkişaf perspektivləri müzakirə edilib.
“İki sahil” SOCAR-a istinadla xəbər verir ki, bu barədə müzakirələr SOCAR nümayəndələrinin "Uniper" şirkəti tərəfindən təşkil olunan strateji səviyyəli qarşılıqlı məlumat mübadiləsi proqramında iştirakı zamanı aparılıb.
Proqramın məqsədi iki şirkət arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, idarəetmə, insan kapitalı, kommunikasiya və sosial sahələrdə qabaqcıl bilik və təcrübələrin paylaşılması olub.
Tədbir çərçivəsində iştirakçılar, həmçinin dəyişikliklərin idarə olunması, rəqəmsal texnologiyaların tətbiqi, media və kommunikasiya, sosial məsuliyyət və təhlükəsizlik sahələrində aktual məsələlər ətrafında səmərəli müzakirələr aparıblar.
Mərkəzi Bank "Citigroup"la valyuta ehtiyatlarının idarəedilməsini müzakirə edib
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb