28 dekabr 2025 16:04
91

Laçında qurumlar gücləndirilmiş rejimdə çalışır

Laçın şəhərinə qış mövsümünün ilk qarı yağıb. Yollarda təhlükəsiz hərəkətin təmin edilməsi məqsədilə aidiyyəti qurumlar gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

“İki sahil” xəbər verir ki, Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib ki, payız-qış mövsümünə hazırlıq tədbirlər planına uyğun olaraq qabaqcadan müassir tələblərə cavab verən texnikalar sazlanaraq hazır vəziyyətə gətirilib, eyni zamanda kifayət qədər qum-çınqıl ehtiyatı yaradılıb. Gecə saatlarından etibarən yağan qarın yollardan vaxtında təmizlənməsi məqsədilə Xidmətə məxsus qar təmizləyən və yollara qum-çınqıl qarışığı səpən xüsusi təyinatlı texnikalar işə salınıb. Hazırda şəhərdaxili və şəhərətrafı yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülür.

“Laçın Abadlıq Xidməti” ASC tərəfindən şəhər ərazisində küçə və ictimai məkanların qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər də həyata keçirilir.