28 dekabr 2025 12:20
86

Türkiyədə narkotik əməliyyatı - Daha iki məşhur saxlanıldı

Türkiyədə məşhur şəxslər arasında narkotik vasitələrin istifadəsi və satışı üzrə istintaq davam edir.

“İki sahil” xəbər verir ki, İstanbulda təhqiqat çərçivəsində keçirilən əməliyyat zamanı daha iki nəfər saxlanılıb.

Bildirilir ki, saxlanılanlar "Miss Türkiyə - 2016"nın qalibi Buse İskenderoğlu və tanınmış reper Ege Karataşlıdır.

Onlar səhər saatlarında keçirilmiş əməliyyat zamanı polis tərəfindən saxlanılıblar.