Kanada Ukraynaya əlavə 2,5 milyard dollarlıq iqtisadi yardım göstərəcək.
“İki sahil” "Reuters"ə istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni bu ölkədə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı bildirib. Karninin sözlərinə görə, bu addım Ukraynanın Beynəlxalq Valyuta Fondundan maliyyə dəstəyi almasına kömək etməyə yönəlib.