27 dekabr 2025 16:31
101

Litva Ottava Konvensiyasından çıxıb

Litva rəsmi olaraq piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxıb.

“İki sahil” xəbər verir ki, bu barədə BNS agentliyi məlumat yayıb. Litva Müdafiə Nazirliyindən bununla bağlı bildirilib ki, konvensiyadan çıxdıqdan sonra ölkə piyada əleyhinə minaların alınması və ya istehsalı imkanlarına dair danışıqlara başlayacaq.

İyul ayında "Reuters" agentliyi mənbələrə istinadən yazırdı ki, Litva və Finlandiya 2026-cı ildə özləri və Ukrayna üçün piyada əleyhinə minaların istehsalına başlayacaqlar.

BMT-nin piyada əleyhinə minaların istifadəsini, yığılmasını, istehsalını və ötürülməsini qadağan edən, həmçinin onların məhvini nəzərdə tutan Ottava Konvensiyası 1999-cu ildə qüvvəyə minib.