Minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində qaz xətti yararsız hala düşüb.
“İki sahil” xəbər verir ki, Şahbuz rayon Biçənək kəndində avto qəza nəticəsində D-119-luq qaz xətti qırılıb. Təhlükəsizlik səbəbilə Gömür, Ağbulaq və Biçənək kəndlərində 450 abonentin qaz təchizatı dayandırılıb.
Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.
“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb
Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov “Şuşa” uşaq bağçasını ziyarət edib