ABŞ və Ukrayna prezidentləri Floridada görüşdən əvvəl Avropa liderləri ilə telefon danışığı aparacaqlar.
“İki sahil” xəbər verir ki, bu barədə “Reuters“ Avropa Komissiyası nümayəndəsinə istinadən məlumat yayıb. Məlumata görə, danışıq bu gün baş tutacaq və telekonfransda Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen də iştirak edəcək.
Xatırladaq ki, Ukrayna və ABŞ liderlərinin görüşü Trampın Mar-a-Lago iqamətgahında yerli vaxtla 15:00-da başlayacaq.