27 dekabr 2025 13:10
91

Filadelfiyada qar fırtınası səbəbindən 500 aviareys ləğv edilib

Filadelfiyanın Beynəlxalq Hava Limanı (Pensilvaniya ştatı, ABŞ) qar fırtınası səbəbindən 500-dən çox reysi ləğv edib.

"İki sahil"in qərb KİV-inə istinadən verdiyi məlumata görə, əlverişsiz hava şəraiti qonşu Nyu-Cersi və Nyu-York ştatlarını da əhatə edib. Məlumata görə, təkcə ötən gün ABŞ-nin Qərb sahilinin şimal hissəsində qar fırtınası 1 500-dən çox reysin ləğvinə səbəb olub.