ABŞ-də Aydaho ştatının Uolles şəhərində Şoshone dairəsi şerifinin ofisində atışma baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə yerli "Kanal 2" polisə istinadən məlumat yayıb. Belə ki, silahlı şəxs iki nəfəri yaralayıb və daha bir neçə nəfəri girov götürüb. Kootenay dairəsinin şerifi Bob Norris kanala şübhəlinin zərərsizləşdirildiyini təsdiqləyib. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.
Atışmanın səbəbi və yaralıların vəziyyəti ilə bağlı hələlik heç bir məlumat verilməyib.
İsrail "Boeing 737" ilə bağlı hadisəni terror aktı cəhdi kimi nəzərdən keçirir
Məhkəmə Trampa miqrantların üçüncü ölkələrə deportasiyasını bərpa etməyə icazə verib