İraq hakimiyyəti ABŞ-nin başçılıq etdiyi beynəlxalq koalisiyanın öz missiyasını başa vurduqdan sonra ölkəni Hava Hücumundan Müdafiə (HHM) sistemi ilə təchiz edəcəyi barədə razılığa gəlib.
“İki sahil” xəbər verir ki, bu barədə Al Hadath telekanalına İraq Nümayəndələr Şurasının (parlamentin) sədri Heybət əl-Halbusi bildirib.
"Koalisiya ilə İraqın hava hücumundan müdafiə sistemi, müasir silahlar və təyyarələrlə təchiz edilməsi barədə razılıq əldə olunub", – deyə o bildirib. Əl-Halbusinin sözlərinə görə, xüsusilə Türkiyə İraqa HHM sistemi satmağa razılaşıb.
Əl-Halbusi vurğulayıb ki, hökumət və parlament İraqa hava hücumundan müdafiə sistemi əldə etməyə imkan verəcək beynəlxalq koalisiya ilə strateji əməkdaşlığa ümid edirlər.
İsrail "Boeing 737" ilə bağlı hadisəni terror aktı cəhdi kimi nəzərdən keçirir
Məhkəmə Trampa miqrantların üçüncü ölkələrə deportasiyasını bərpa etməyə icazə verib
Netanyahu təyyarəsinin ələ keçirilməsi siqnalı ilə əlaqədar təcili iclas keçirir