Qərb ölkələri hərbi əməliyyatlara hazırlaşır və bu, blef deyil.
“İki sahil” RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Belarusun müdafiə naziri, general-leytenant Viktor Xrenin bildirib.
“Onlar hər yerdə deyirlər: ‘Biz müharibəyə hazırlaşırıq’… Biz bunun boş sözlər olmadığını düşünürük… Onlar bunu həqiqətən edirlər”, — deyə o, bildirib.
Xrenin mövcud vəziyyəti gərgin və radikallaşmaya meyilli kimi xarakterizə edib.
Daha əvvəl "Politico" nəşri Avropa İttifaqında hibrid müharibə çərçivəsində Rusiyaya mümkün zərbələrin müzakirə edildiyini yazmışdı.
Belarus NATO ilə hərbi əlaqə kanallarını bərpa etməyə hazır olduğunu bəyan edib