26 dekabr 2025 12:00
99

ABŞ Rusiyanın Avropa ilə münasibətlərini iqtisadiyyat vasitəsilə normallaşdırmağı TƏKLİF EDİR

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner hesab edirlər ki, Rusiya ilə iqtisadi əlaqələrin bərpası fayda verə və Moskvanın Avropa ilə münasibətlərini sabitləşdirə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti yazır.

WSJ-nin məlumatına görə, ABŞ nümayəndələri Rusiyanı biznes üçün ciddi imkanlara malik ölkə kimi dəyərləndirirlər.

Məqalədə qeyd olunur ki, Rusiyanın qlobal iqtisadi vəziyyətə qaytarılması investorlara qazanc əldə etməyə imkan verəcək və Moskvanın Ukrayna və Avropa ilə münasibətlərinin sabitləşməsinə kömək edəcək.