23 dekabr 2025 14:08
106

Bu ölkədə yaxın qohumlar arasında nikah QADAĞAN EDİLİR

İsveç hökuməti əmioğlu və xalaoğlu arasında, həmçinin ögey və övladlığa götürülmüş qardaş və bacılar arasında nikahların qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə hökumət kanselyariyasının mətbuat açıqlamasında bildirilir.

Təşəbbüsün məqsədi “şərəf” anlayışı ilə bağlı təzyiqlərin, eləcə də nikaha daxil olarkən mümkün olan digər təzyiq və məcburiyyət formalarının qarşısını almaqdır.

“Hökumət, həmçinin, tərəflərdən birinin digərinin qardaş və ya bacısı ilə birbaşa aşağı nəsil qohumluq əlaqəsində olduğu nikahlara da müvafiq qadağanın tətbiqini təklif edir”, — deyə İsveç Nazirlər Kabinetində qeyd olunub.

Bundan əlavə, ölkə hüdudlarından kənarda bağlanmış bu cür nikahların tanınmaması da təklif edilir.