03 oktyabr 2026 22:58
107

Ararat Mirzoyan sabah İrana səfər edəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sabah İranın paytaxtı Tehrana səfər edəcək.

“İki sahil” IRIB-yə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai açıqlayıb. "Ararat Mirzoyanın Tehrana səfəri ikitərəfli münasibətlərin genişləndirilməsi, həmçinin regional sülh və təhlükəsizliyin gücləndirilməsi məqsədilə İran-Ermənistan arasında davamlı məsləhətləşmələr çərçivəsində həyata keçirilir", - o bildirib.

Qeyd olunub ki, Ermənistanın xarici işlər naziri bu səfərdə İranın rəsmiləri ilə görüşdə Cənubi Qafqazda regional əməkdaşlıq barədə danışıqlar aparacaq.