Ermənistanın ABŞ ilə TRIPP ("Tramp Marşrutu") layihəsi üzrə konstruktiv danışıqlar aparır.
“İki sahil” Rusiya KİV-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə bildirib.
"Hazırda biz ABŞ ilə TRIPP layihəsinin icrasına və tikintiyə başlanması ilə bağlı çox konstruktiv ikitərəfli danışıqlar aparırıq. Bu, həqiqətən də bizim regionumuzda çox böyük və məzmunlu dəyişikliklərdir. Burada Rusiya ilə ikitərəfli münasibətlərimizə aid bir çox məqamlar var. Məncə, bu gün bütün bunları müzakirə etmək üçün çox yaxşı fürsətdir", – deyə Paşinyan vurğulayıb.
Azərbaycan və Türkiyə ilə dəmir yolu əlaqəsi ətrafında fəal siyasi proseslər gedir