22 dekabr 2025 23:37
91

Rusiya Ukraynanın itkilərini açıqladı - 1398-ci gün

Rusiya müharibənin 1398-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 669 təyyarəsi, 283 helikopteri, 104 090 PUA-sı, 640 zenit-raket kompleksi, 26 653 tank və digər zirehli texnikası, 1 634 reaktiv yaylım atəş sistemi, 32 082 artilleriya və minaatanı, 49 742 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.